“Məcburi köçkünlərə analoqu olmayan şərait yaradılıb” — DEPUTAT

SOSİAL 12 mar 2019, 11:53

“Biz iyrənc hallara qarşı cəsarətli olmalıyıq. Şəhid ailələri ilə bağlı məsələdə bir nəfər də kənarda qalmadı. Qaçqınlar və məcburi köçkünlərə analoqu olmayan şərait yaradılıb. Bu insanlar bizə müraciət edərək bildirirlər ki, “iyrənc fikirləri yayanlar haqqımıza girməsinlər”.

 

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat İlham Məmmədov deyib.

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vətəndaşlarla görüşür, onları dinləyir, şəxsən məktub alırlar: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə az qala hər bir insanı fərdi şəkildə tanıyır. Biz ölkədə aparılan siyasəti dəstəkləməliyik”.

 

Deputat Jalə Əliyeva da çıxışında ölkədə aparılan islahatların xalq tərəfindən dəstəkləndiyini qeyd edib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top