“Onu söymək üçün hərənizə bir iş yeri açıblar...” – Kəramət Böyükçöl

MARAQLI 10 mar 2019, 11:40

“Faktdır ki, Azərbaycan müxalifəti içərisində ən çox dirəniş göstərən Əli Kərimlidir. Radikaldır, ənənəvi müxalifətdir, hər nədir, neçə ildir apardığı mübarizədə sapmır, prinsipialdır, güzəştə getmir”. 


“Yeni Sabah” xəbər verir ki, bunu şair Kəramət Böyükçöl sosial şəbəkədə yazıb. 


O, qeyd edib ki, bu gün hakimiyyəti də ən çox narahat eləyən, ehtiyat olunan muxalifət lideri Əli Kərimlidir. K. Böyükçöl Ə. Kərimlinin əleyhinə təhqiramiz təbliğat aparanlara xitab edərək yazıb: 


“Onu söymək üçün hərənizə bir iş yeri açıblar, bala-bala dolanır, evinizə çörək aparırsınız. Özünüz bu yolu seçmisiniz, aydındır, başa düşürəm. Amma əvvəla, söyməyin. Söyürsünüz, heç olmasa, adam kimi söyün. Onsuz da o söyüşlər Əli Kərimlidən heç nə əksiltmir, əksinə, onu daha da gücləndirir. 


Vallah, bir gün Əli Kərimli mübarizəni dayandırsa, hamınız çörəksiz qalacaqsınız və heç kimə lazım olmayacaqsınız. Saytda, sosial şəbəkələrdə söyürsünüz, Allah bilir, gizlində İmam Əlidən çox Əli Kərimliyə dua eləyirsiniz ki, sağ ol, əlimizi çörəyə çatdırmısan. Mən Əliçi deyiləm, sadəcə, hadisələrə kənardan baxıram, çox biabırçı görünürsünüz, sizə görə deyirəm, bircə damcı adam kimi söyün ki, sabah adam içinə çıxa biləsiniz. Görmürsünüz, söyüşlərinizi heç layk eləyən də yoxdu?”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top