"İran-İsrail müharibəsi getdikcə şiddətlənir" — Yaxın Şərqi nə gözləyir?

GÜNDƏM 19 apr 2024, 17:34
İsrail ötən gecə İranın mərkəzinə dron hücumu edib. İsfahan vilayətinin hərbi rəisi briqada generalı Siyavuş Mihandust deyib ki, şəhərdə heç bir ziyan və dağıntı yoxdur. İranın dövlət televiziyası bir neçə kiçik pilotsuz təyyarənin vurulduğunu bildirib.

Məsələ ilə bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, İran və İsrail arasında müharibə getdikcə şiddətlənir:

“İranın dron və raket hücumlarından sonra şübhəsiz ki, İsrail İrana cavab verməli idi. Böyük ehtimal qarşıdakı dövrdə bu cür cavabların sayı artacaq. İranın mərkəzinə dron hücumlarının edilməsi də bunun bir göstəricisidir. Artıq birbaşa İran və İsrailin toqquşması Yaxın Şərqdə genişmiqyaslı müharibəni alovlandıra bilər. İran öz gücləri ilə İsrailin regionda hegemonluğuna, nüfuzuna zərbə vurmağa çalışırdı. ABŞ istəyirdi ki, İsrailin regionda mövqeləri dayanıqlı olsun. Yeri gəlmişkən qeyd edək ki, İsrailə yönələn dronların qonşu ölkələrin səmasında vurulmasında da ABŞ və digər dövlətlər fəal iştirak edir. Artıq İran və İsrailin birbaşa mübarizəyə keçməsi Yaxın Şərqdə olan bütün məsələlərin daha da böyüməsinə səbəb ola bilər. İstənilən  halda daha rasional davranmaq lazımdır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top