ABŞ-də Fələstinə dəstək aksiyalarına daha bir universitet qoşuldu

DÜNYA 02 may 2024, 21:40
ABŞ-nin Nyu-York ştatında Fələstinə dəstək nümayişlərinə  Fordham Universiteti də qoşulub.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, Universitetin Linkoln Mərkəzi Kampusunda tələbələr 5 çadır quraraq Qəzza həmrəyliyi düşərgəsi yaradıblar. 

Düşərgə Kolumbiya və Siti Kolleci universitetlərində nümayişçilərin polis tərəfindən saxlanılmasından dərhal sonra qurulub. 

Universitet rəhbərliyi tələbələrə dərhal xəbərdarlıq edib.

Bundan əlavə göstərişlərə əməl etməyən tələbələrin imtahanlara buraxılmayacağı bildirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top