ABŞ Rusiya sanksiyalarına 31 Çin şirkətini daxil etdi

DÜNYA 02 may 2024, 23:00
ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ-nin Pekindəki səfiri Nikolas Börns açıqlama verib.

O bildirib ki, sözügedən şirkətlər müdafiə ilə bağlı kritik təchizatları Rusiyaya göndərdiklərinə görə sanksiyaya məruz qalıb:

“Çinə bu satışların dayandırılması ilə bağlı öncədən xəbərdarlıq edilmişdi. Lakin Çinin 31 şirkəti satışlarını dayandırmadı. 

Qeyd edək ki, şirkətlər əsasən hərbi təyinatlı aerokosmik avadanlıqlar hazırlayır”,- deyə səfir vurğulayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top