Bakıda iki nəfəri öldürən gəncin məhkəməsi başlayır

KRİMİNAL 16 apr 2024, 21:32
Bakının Binəqədi rayonunda iki nəfəri qətlə yetirməkdə ittiham olunan Arif Bəhərçiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası aprelin 29-na təyin olunub. 

Qeyd edək ki, ötən ilin dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən iaşə obyektlərindən birində 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2001-ci il təvəllüdlü Arif Bəhərçiyevin qeyd olunan ərazidə aralarında yaranmış mübahisə zamanı Namiq Orucov və Ramil Səfərova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, qətl yeni il gecəsi kafedə bayram süfrəsi arxasında əyləşən tanışların mübahisəsi zamanı baş verib. Qətli törədən Arif Bəhərçiyev həmin kafenin icarədarının oğludur. Arif Bəhərçiyevin atası və anası həmin kafeni işlədib. Arif əvvəlcə anasını döyüb, daha sonra isə mətbəx bıçağı ilə kababçını və onları ayırmağa çalışan Ramil Səfərovu qətlə yetirib.

Hadisəni törədən Arif Bəhərçiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top