Şəmsi Əsədullayevin tikdirdiyi ev satışa çıxarıldı — FOTOLAR

GÜNDƏM 15 apr 2024, 18:58

Bakıda 1 milyon 200 min manata mənzil satışa çıxarılıb. 

Yenisabah.az xəbər verir ki, mənzil Şəmsi Əsədullayevin evi -  Qoqol (Praçeçnaya) 9, Tolstoy (Gimnaziçeskaya) 183 və Həzi Aslanov (Karantinnaya) 84 küçələrinin kəsişməsində yerləşir. 

 Üç mərtəbəli saray tipli yaşayış binasında yerləşən mənzil 1896-cı ildə Bakı milyonçularından Şəmsi Əsədullayevin sifarişi ilə memar İohan Edelin layihəsi əsasında inşa edilib.

Haqqında 

Qoqol 9 küçəsində, Gimnaziçeskaya, 183 və Karantinnaya, 84 ünvanlarının tinində ucaldılmış bina milyonçu Şəmsi Əsədullayevə məxsus saray üslubundadır. Bina üç küçəyə üz tutub və öz monumental fasadları ilə diqqət çəkir. 

Mənzilin 2 böyük eyvanı var, sahəsi 200 kv m-dir. Otaqların tavanında olan işləmələr tarixə əsaslanır, hər biri orijinaldır. Sözügedən 4 otaqlı mənzilin 2 sanitar qovşağı var və 2 mənzilin birləşməsidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top