Ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 19 mar 2024, 15:52
Bakının Sabunçu rayonunda 1991-ci il təvəllüdlü Namiq ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zəhraya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Namiq həmin qəsəbədə yaşadığı nömrəsiz evdə arvadı Zəhra ilə şəxsi münasibətlərin pozulması zəminində baş vermiş ailə münaqişəsi zamanı əl və təpik ilə qəsdən onu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Namiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 10 il bundan öncə Zəhra ilə ailə həyatı qurub, birgə nigahlarında 2 azyaşlı övladları olub: “Hadisə günü, saat 08.00-da Zəhra ilə armızda mübahisə baş verdi. Mübahisəyə səbəb Zəhranın qızılca xəstəliyinə yoluxmuş övladını anasının yaşadığı evə apararaq müalicə etdirmək istəməsi olub. Lakin övladımın qızdırması olduğu üçün evdən küçəyə çıxarılmasına etiraz etdim. Zəhra isə təkidlə övladını aparacağını bildirdi. Buna görə aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşərək Zəhranı əl və təpik ilə qəsdən vuraraq ona bədən xəsarəti yetirdim”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Namiqin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top