Zədə alan idmançımız olimpiadaya vəsiqə qazana bilmədi

İDMAN 29 apr 2024, 00:15
Azərbaycanlı sablyaçı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarının təsnifat yarışında iştirak edib.

Bizim.Media xəbər verir ki, qılıncoynadanlarımız lisenziya uğrunda Lüksemburqda mübarizə aparıb.

İdmançılar hərəsində 6 nəfər olmaqla 2 qrupda mübarizə aparıblar. Annanın qrup mərhələsindəki rəqibləri Ketlin Maksvell (Böyük Britaniya), Zoya Mariya Baldo (Xorvatiya), Julyen Kortein (Belçika), Ana Kampos (Portuqaliya) və Malqorzata Kovalçuk (Polşa) olub.

O, bütün rəqiblərinə qalib gələrək, pley-offa lider kimi yüksəlib. Anna 1/4 finalda Malqorzata Kovalçuk (Polşa) - Salome Berger (Lüksemburq) görüşünün qalibi ilə qarşılaşıb. Təmsilçimiz qrupda məğlub etdiyi Kovalçukla görüşdə zədələnib. Hesab 2:1 olarkən ayağı zədələnən Başta həkimlərin köməyi ilə mübarizəyə davam etsə də, növbəti dəfə sıradan çıxıb. Nəticədə Anna turniri yarımçıq başa vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top