Şəmkirdə yeznə qaynını bıçaqladı

KRİMİNAL 16 mar 2024, 19:45
Şəmkirdə bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində baş verib.

Kənd sakini, 34 yaşlı E.Heydərov aralarında yaranmış mübahisə zəminində qaynı, 31 yaşlı R.Hüseynlini bıçaqlayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Heydərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top