"Qlobal resursların çöküşü alternativlərin nə qədər əhəmiyyətli olduğunu göstərir" — Osman Gündüz

İKT 06 mar 2024, 10:27
Dünyanın ən çox istifadə edilən sosial media platformalarından olan “Instagram” və “Facebook”a girişdə yaranan dünənki müvəqqəti problem istifadəçilərin narahatlığına səbəb oldu. Bir neçə saat sonra "Meta" şirkətinin mətbuat katibi Endi Stoun sosial şəbəkələrdə nasazlığa səbəb olan texniki problemlərin aradan qaldırıldığını elan etdi. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumatda isə qeyd olunur ki, problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur. Sosial şəbəkələrin həyatımızda önəmli yer tutması belə vaxtlarda özünü daha aydın göstərir. 


Demokrat.az
xəbər verir ki, məsələyə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz münasibət bildirib. 

O qeyd edib ki, hər dəfə qlobal resursların bu tip çöküşü alternativlərin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir:

"İctimai fikrin formalaşmasına təsir baxımından hələlik ölkəmizdə "Facebook"un alternativi formalaşmayıb. Bu arada "META"nın giriş (login) sistemində yaranan problemə yalnız "WhatsApp" tab gətirmiş oldu. Keçmiş olsun. Yeri gəlmişkən "META"nın çökən sosial resurslarına giriş zamanı istifadəçilər sistemdən kənarlaşdırılıb, yenidən şifrə tələb olunurdu. Bəziləri bunu hesabın ələ keçirilməsi olduğunu düşünüb ciddi narahatlıq keçiriblər. Belə anlarda kiber təhlükəsizliyə cavabdeh dövlət qurumlarının açıqlamalar verməsi daha faydalı və doğru olardı", - o bildirib.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top