Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı — VİDEO

SİYASƏT 29 apr 2024, 13:49
İTV-nin “Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?” materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub.

Belə ki o, açıqlamasında bildirib: “İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkənd Azərbaycan ərazisindən yol almalıdır, Azərbaycan eksklavlara isə Ermənistan ərazisindən... Bu yenə də təkrar deyirəm qarşılıqlı, hansısa bir mübadilə, ya da güzəşt tələb edən məsələdir. Yol verildiyi halda həmin o yolun qazı, suyu, işığı çəkilməli, mühafizəsi təmin edilməlidir. Bu da asan məsələ deyil. Mübadilə mənə daha əlverişli görünür”.

Demokrat.az-ın Musavat.com-a istinadən xəbərinə görə, ermənilər Rasim Musabəyovun Başkəndi Ermənistana vermək təklifini dərhal manşetlərə daşıyıb, alqışlayıblar. Bu barədə məlumat paylaşan erməni mediası və teleqram kanalları bildiriblər ki, Musabəyov Ermənistana Başkənd anklavının verilməsi ilə bağlı “konstruktiv və ədalətli” təkliflə çıxış edib.

Ermənilər onu da qeyd ediblər ki, Başkənd Gədəbəy rayonu ərazisində yerləşir, lakin əvvəllər Azərbaycan SSR ərazisində Ermənistan SSR-in anklavı sayılırdı.

Məlumat üçün bildirək ki, tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top