Koronavirusla bağlı STATİSTİKA

GÜNDƏM 06 fev 2022, 18:38

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 474 yeni yoluxma faktı qeydə alınıb, 4 840 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 25 vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 698 654 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 646 378 nəfər müalicə olunaraq sağalıb, 8 871 nəfər vəfat edib, aktiv xəstə sayı 43 405 nəfərdir.

Ölkədə son sutka ərzində 19 043, hazırkı dövrədək isə 6 267 457 test aparılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top