Sosial

Şəmkirdə qadın hovuza yıxılaraq boğulub

Şəmkirdə qadın hovuza yıxılaraq boğulub

Şəmkir rayonunun Yeniabad kəndindəki istixanaların birinin hovuzunda qadın boğulub.

“Report”un Qərb bürosunun məlumatına görə, bu, 1969-cu il təvəllüdlü Tatyana Əliyevadır.

Hadisə qadın istixananın hovuzunun yaxınlığından keçərkən baş verib. O, ehtiyatsızlıqdan hovuza düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az