Keçmiş mədəniyyət naziriƏbülfəs QarayevBakı Ağır Cinayətlər Məhkəməsinə çağırılıb.
Bizim.Mediaxəbər verir ki, sabiq nazir bu gün məhkəməyə getməli olub.
Qarayevin hansı səbəbdən məhkəməyə çağırıldığı isə bəlli deyil. Sfera.az saytı bununla bağlı sabiq nazirlə əlaqə yaratmağa çalışsa da, cavab ala bilməyib.
Qeyd edək ki, bir müddət əvvəl Əbülfəs Qarayevin mədəniyyət naziri işlədiyi dövrdə nazirlikdə baş verən yeyintilərlə bağlı Hesablama Palatasının apardığı yoxlamalardan sonra Baş Prokrorluqda cinayət işi açılmışdı.


