Kriminal

Kişi onunla mübahisə edən arvadını bıçaqlayaraq öldürdü

Kişi onunla mübahisə edən arvadını bıçaqlayaraq öldürdü

Abşeron rayonunda qətl hadisəsi törədilib.

Demokrat.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Əliyeva Nailə Məcnun qızı evində mübahisə zamanı həyat yoldaşı tərəfindən boğazından bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

D
demokrat.az