Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərdən DANIŞDI

GÜNDƏM 15 dek 2018, 10:19
Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, Milli Məclisin deputatı Kamran Nəbizadə Bakının restoranlarından birində sərxoş halda dava salması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Demokrat.Az-ın xəbərinə görə. K.Nəbizadə deyib ki, barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Yalan xəbərdir".

Xatırladaq ki, deputatın sərxoş halda restoranda dava salması ilə bağlı məlumatı "Virtualaz.org" saytı yayıb.
Məlumatda bildirilir ki, K. Nəbizadəni restoranın mühafizəçiləri sakitləşdirib. Daha sonra isə o, şəxsi avtomobili ilə evinə yola salınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top