Hadisə

Bakıda avtomobillə vurulan qadının qabırğaları sındı

Bakıda avtomobillə vurulan qadının qabırğaları sındı

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Əliyeva Elmira Mahmud qızını 3-cü mikrorayon dairəsində yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçərkən avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qabırğaların sınığı və başın əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az