Sosial

İcra başçısı peyvənd olundu — FOTOLAR

İcra başçısı peyvənd olundu — FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova COVİD-19 əleyhinə peyvənd olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Abşeron RİH-nin mətbuat katibi Seymur Qasımov məlumat verib.

O bildirib ki, bir müddət öncə İ.Gülməmmədovaya peyvəndin birinci dozası vurulmuşdu. Lazımı müddət keçəndən sonra müvafiq olaraq 2-ci dozanın vurulması həyata keçirilib və peyvəndləmə başa çatıb.

İ.Gülməmmədovanın səhhəti normaldır və vaksinasiyadan sonra hər hansı bir yan təsir müşahidə edilməyib.

Demokrat.az

D
demokrat.az