Hadisə

Bakıda avtomobilin vurduğu qadının ayağı sındı

Bakıda avtomobilin vurduğu qadının ayağı sındı

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Asif Məhərrəmov küçəsində 1984-cü il təvəllüdlü Həsənova Kəmalə Təzəxan qızı evlərinin yaxınlığında avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının sınığı diaqnozu qoyulub.(report.az)

D
demokrat.az