Rusiyada maskaya görə 53 yaşlı kişi öldürüldü — VİDEO

DÜNYA 21 noyabr 2020, 19:07

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusunda maska taxmamağa görə düşən dava nəticəsində 53 yalşı kişi bıçaqlanaraq öldürülüb.


“Report” xəbər verir ki, məlumatı “Sözcü” yayıb.


Bildirilib ki, avtobusa maskasız minən cütlüyə 53 yaşlı maska taxmamalarını irad tutub. Maska taxmayan cütlük xəbərdarlıq edəni yumruqlayıblar. Bundan sonra onu bıçaqlayıb, avtobusdan aşağı atıblar.


Adı açıqlanmayan kişi bıçaq zərbərlərindən aldığı yaralardan xəstəxanada ölüb. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top