Sosial

Şuşalılar doğma yurda qayıtmağa hazırlaşır — VİDEO

Şuşalılar doğma yurda qayıtmağa hazırlaşır — VİDEO

28 ildir ki, gözlərində olan kədər bu gün sevinc yaşları ilə əvəzləndi...

Xezerxeber.az-ın məlumatına görə, şanlı ordumuz tərəfindən Şuşanın düşmən tapdağından azad olunması xəbərini eşidən şəhər sakini Bərsail İbrahimli deyir ki, sanki yenidən dünyaya göz açdı. Onun sözlərinə görə, Şuşanı 28 il ərzində görməmək ölümə bərabər sayılırdı.

Uzun müddət Şuşada müəllim və məktəb direktoru vəzifəsində işləyən Bərsail İbrahimli bildirir ki, Şuşanın işğaldan azad olunması xəbərini heç vaxt yadından çıxarmayacaq.

Evin xanımı Nailə İbrahimova da Şuşada doğulub. Onlar məcburi köçkün kimi hazırda Sabunçu rayonu, Ramana qəsəbəsində dövlət tərəfindən mənzillə təmin olunmalarına baxmayaraq, bir istəkləri var: tezliklə 28 il həsrətində olduqları doğma Şuşa torpağına getmək va orada yaşamaq.

Qızları Süsənbər Rzayeva hazırda məktəblərin birində müəllimə işləyir. Onun sözlərinə görə, hazırda ən böyük arzusu sevimli peşəsini Şuşada davam etdirməkdir.

Şuşa həsrəti sona çatdı. İndi növbə düşmən tapdağı altında olan digər torpaqlarımızındır. Azərbaycan Ordusu düşməni döyüş meydanında məhv etdikcə həmin müqəddəs günlərin nəfəsini daha yaxından hiss edirik.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

D
demokrat.az