Sosial

Nazir: Dünyanı düşündürən məsələlər Bakıda müzakirə edilir

Nazir: Dünyanı düşündürən məsələlər Bakıda müzakirə edilir

Bakı dünyanı düşündürən məsələlərin müzakirə edildiyi vahid məkana çevrilməkdədir.

Bunu mədəniyyət naziriƏbülfəs Qarayevdeyib.

Oqeyd edib ki,bu il “Bakı Prosesi”nin 10 illiyidir.

“Bu proses müxtəlif mədəniyyətləri vahid bir platforma ətrafında birləşdirməyi bacarıb. Bu təşəbbüs dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən dəstəklənir. “Bakı Prosesi”nin uğurlu olmasını rəqəmlər də sübut edir.

Ötən müddət ərzində bu proses çərçivəsində təşkil olunan tədbirlərə 170-dən çox ölkə qatılıb. Bu, bir daha göstərir ki, Bakı dünyanı düşündürən məsələlərin müzakirə edildiyi vahid məkana çevrilməkdədir”, - deyə nazir əlavə edib. (Oxu.az)

D
demokrat.az