MN: Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir

SİYASƏT 31 okt 2020, 17:30

"Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir.


Bu əməliyyatlar davam edəcək və bu əməliyyatları yekunlaşdırmaq üçün bir yol var ki, bütün torpaqlar işğaldfan azad edilsin və bizim ərazilərimizdə heç bir silahlı düşmən qalmasın".


Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.


"Bizim bütün əməliyyatlarımız yalnız əməliyyat sahəsi çərçivəsindədir. Bizim Ermənistan Respublikasında heç bir hədəfimiz yoxdur. Bizim bütün hədəflərimiz yalnız əlində silah olan düşmən bölmələridir və düşmənin legitim hərbi obyektləridir ki, biz bu obyektlərə qarşı havadan və qurudan əməliyyatlarımızı davam etdiririk", - A.Eyvazov əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top