Beyləqanda postda saxlanılan avtomobildən odlu silah tapıldı

KRİMİNAL 16 okt 2020, 15:04

Gəncə şəhər sakininin avtomobilindən odlu silah götürülüb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.


Bildirilib ki, daxil olan məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqabul-Horadiz yolunda qurulmuş xüsusi postda Gəncə şəhər sakini Z.Həbibovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.


Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 patron, 1 ədəd süngübıçaq və 1 ədəd dəbilqə aşkar edilərək götürülüb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top