Azərbaycanlı ifaçı yenidən “O ses Türkiye”də – VİDEO

ŞOU-BİZNES 21 okt 2018, 23:25

Türkiyənin “TV8” telekanalında yayımlanan “O ses Türkiye” mahnı müsabiqəsində ilk mərhələ davam edir.


Demokrat.Az xəbər verir ki, yarışmada Azərbaycan əsilli İlyas Vəkilov da çıxış edib. 


Moskvada anadan olan, hazırda İstanbulda yaşayan həmyerlimiz “Rise up” mahnısını səsləndirib və onun üçün Hadise, sonra Murat Boz dönüb.

 
Hadise dönən kimi onu tanıyıb. Həmyerlimiz də bildirib ki, 6 mövsüm əvvəlki “O ses Türkiye”də iştirak edib və Hadisenin komandasında olub, amma 3-cü mərhələdə mübarizəni dayandırıb.

 
İlyas sonda qərarını açıqlayıb və Murat Bozla yoluna davam edib.(Primetime.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top