"Dərsliklərdə erotika var" - Deputat

SOSİAL 16 okt 2018, 16:36
"Azərbaycan zərərli informasiyaları dərsliklərini özü yayır. Bunu saytlarda, qəzetlərdə yazılan məqalələr, ekspertlər deyir”.
 
Demokrat.Az xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı müzakirələr zamanı deyib.
 
 
Millət vəkili dərsliklərdə şagirdlərin yaşına uyğun olmayan materialların yer aldığını deyib: "Məhəmmədhüseyn Təhmasib sovet dövründə uydurma nağıllar öyrətdi, uşaqlara. İndi də bu cür materiallar yer alır. Bizim redaksiyaya dünən bir valideyn gəlmişdi. İkinci sinif dərsliyində uşaqlara sual verilir ki, "Qarabağın qayıdacağına inanırsınızmı?” Uşaq da cavab verib "yox”, atası da onu vurub. Üçüncü sinif dərsliyində eriotika var, dərsliklərdə ləhcə var. Bəzi dərsliklər telekanallardan daha çox zərər verir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdır. Yeddinci sinifdən sonra məktəblərdə heç kim yoxdur, hamı repetitor yanına gedir. Bu barədə danışmalıyıq”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top