"Barselona" məşhur hücumçulardan imtina etdi

İDMAN 26 sen 2020, 21:01

İtaliyanın "Roma" klubunun futbolçusu Edin Ceko və Fransa PSJ-sindən ayrılan Edinson Kavani "Barselona"ya təklif olunub. 


"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hər iki hücumçudan imtina edib. 


Onlar klubun heyəti cavanlaşdırmaq və yeniləmək siyasətinə uyğun gəlməyib. "Barselona" oktyabrın 5-də transfer dönəmi bağlanmazdan əvvəl futbolçu satmayacağı təqdirdə, heç kimi almayacaq. Kataloniyalıların əsas hücumçusu Luis Suares "Atletiko"ya keçib. 


Qeyd edək ki, Edinson Kavani hazırda azad agentdir. Edin Cekonun "Roma" ilə müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top