“İctimai TV”də möhtəşəm layihə başlayır — VİDEO

ŞOU-BİZNES 25 sen 2020, 13:45

“İctimai TV”nin efirində möhtəşəm layihəyə start verilir.

 

“XX Yüzillik” adlanan layihədə 1901-ci ildən indiki dövrədək Azərbaycanın tarixində iz qoymuş görkəmli şəxsiyyətlərdən bəhs olunacaq. Layihə həmin dövrün mətbuatında və arxivdə yazılanlar əsasında sözügedən şəxsiyyətləri işıqlandıracaq.

 

Dünən saat 22:00-da “XX Yüzillik”in ilk buraxılışı yayımlanıb. Verilişdə 1901-ci ildə yaşamış görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs olunub.


Qeyd edək ki, Oxu.Az-ın əməkdaşı Səbuhi Musayev də bu layihənin iştirakçısıdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə rolunu canlandıracaq.

 

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top