Tikintidə yıxılan fəhlə xəsarət aldı

HADİSƏ 23 sen 2020, 17:35

Salyan rayonunda bədbəxt hadisə baş verib.


“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun "Plastmas" yaşayış massivindəki Əlövsət Quliyev küçəsində qeydə alınıb.


Belə ki, ev tikintisi zamanı fəhlə işləyən, 1989-cu il təvəllüdlü Salmanov Samir Füzuli oğlu ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılıb.


Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alan S.Salmanov Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Yaralı dərhal cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top