Oğluna 1500 qonaqla toy edən deputat cəzalandırıldı — VİDEO

DÜNYA 22 sen 2020, 23:27

Koronavirus pandemiyası dövründə karantin tədbirlərinə əməl etməyərək oğluna toy edən AKP-nin Kocaelidən olan millət vəkili Cəmil Yaman cəzalandırılıb.


“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, oğlunun toyuna 1500 nəfər qonaq dəvət edən, eyni zamanda 1 saatlıq limiti keçən və məclisdə yemək verən deputat 6 min 360 lirə cərimələnib.


Bundan başqa, toyun təşkilinə görə Karayolları müdirliyinə də 6 min 360 lirə cərimə təyin olunub. Qida tədarükü edən şirkətə 3 min 180 lirə pul cəzası verilib.


Qeyd edək ki, toy 2 həftə əvvəl baş tutub. 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2024, 15:25
08 may 2024, 14:07
Top