Ümumi orta təhsil pilləsində niyə ixtisaslaşma getmir? — AÇIQLAMA

SOSİAL 08 may 2024, 15:35
“Orta təhsil müəssisələri fundamental biliklərin əldə olunması üçün vacibdir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib.

Onun sözlərinə görə, şagirlərə məktəbdə ixtisaslaşmış təhsil verilə bilməz:

“Məktəb şagirdə iqtisadiyyat, jurnalistika, maliyyə və ya digər ixtisasları verməməlidir. Çünki məktəblər fundamental biliklərin formalaşması üçündür. Orta təhsil sistemində şagirdlərə əsasən, ilkin biliklər verilməli və baza formalaşdırılmalıdır”.

S.Rzayev həmçinin vurğulayıb ki, ixtisaslaşma yalnız təhsilə dəstək məqsədilə fərqli formalarda həyata keçirilə bilər:

“Hazırda təhsilin daha keyfiyyətli olması üçün, bir çox məktəbdə peşə təmayüllü siniflər təşkil olunub. Burada təhsil alan şagirdlərə nisbətən ixtisaslaşmış təhsil vermək mümkündür. Lakin orta təhsil səviyyəsində məktəb tam ixtisaslaşdırılmış təhsil verə bilməz”.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top