Bakıda bıçaqlanma hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Həsənov Hüseyn İlqar oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dostlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(report.az)