Ermənistanda daha 6 nəfər koronavirusdan öldü

DÜNYA 21 sen 2020, 15:09

Ermənistanda daha 121 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 47 552-yə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 936-ya çatıb. İndiyədək 42 637 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 3 692 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top