Qurban Məmmədovu Əli Həsənov belə xilas etdi — İstanbuldan Londona təcili uçuş

GÜNDƏM 17 sen 2020, 13:47

Azərbaycanın Baş Prokurorluğunun beynəlxalq axtarışa verdiyi Qurban Məmmədovun Türkiyədə saxlanıldığına dair xəbərlər yayıldı. Ardınca oğlu Qoşqar Məmmədov bunu təkzib etdi və atasının Londonda olduğunu bildirdi. Halbuki, Qurban Məmmədovun Türkiyədə saxlanıldığı barədə xəbəri də elə oğlu yaymışdı. 


Demokrat.az Qurban Məmmədovla bağlı əslində nə baş verdiyi haqda sensasion məlumatlar əldə edib.


Əldə etdiyimiz məlumata görə, Q.Məmmədov Türkiyədə saxlanılıb və onun Azərbaycana ekstradisiyası ilə bağlı proses başlanıb.


Lakin son anda bu baş tutmayıb və Qurban Məmmədov İngiltərəyə uçub.


Mənbələrimiz saxlanılan Qurban Məmmədovun Azərbaycana ekstradisiyasının qarşısını Prezidentin keçmiş köməkçisi, hazırda Türkiyədə olan Əli Həsənovun aldığını deyir.


Əli Həsənov Türkiyədəki bütün əlaqələrindən istifadə edərək, Məmmədovun Bakıya göndərilməsinə mane olub və onun təcili İngiltərəyə uçuşunu təşkil edib. Çünki Məmmədov Azərbaycana ekstradisiya olunsaydı istintaqa hər şeyi etiraf edəcəkdi, bununla da Ə.Həsənovun dövlətə qarşı oyunları ifşa olunacaqdı.


“Həsənov Məmmədovun Bakıya göndərilməməsi üçün bütün imkanlarından istifadə etdi”, - mənbə bildirir.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top