Sosial

Nazir polis polkovniklərinin yerini dəyişdi

Nazir polis polkovniklərinin yerini dəyişdi

Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında yeni kadr dəyişiklikləri olub.

Demokrat.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, genral-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Azər Seyidov Əlahiddə Çevik Polis Alayının Yasamal rayon 6-cı bölüyünün komandiri vəzifəsinə təyin edilib.

Polis polkovnik-leytenantı Məmməd Əliyev sözügedən bölüyün komandiri vəzifəsindən azad olunaraq, Nərimanov rayon 1-ci patrul xidmətinin komandiri təyin olunub.

Qeyd edək ki, polis polkovnik-leytenantı Azər Seyidov bundan əvvəl Nərimanov rayon 1-ci patrul xidmətinin komandiri olub.(mediapost.az)

D
demokrat.az