Ermənistanda koronavirusdan ölənlərin sayı 923-ə yüksəldi

DÜNYA 16 sentyabr 2020, 12:02

Ermənistanda daha 257 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 46 376-ya yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 923-ə çatıb. İndiyədək 42 069 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 3 101 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top