"Əli Həsənov burada müalicə almayıb" — Türkiyədəki xəstəxanadan "Demokrat.az"a danışdılar

GÜNDƏM 11 sen 2020, 17:48

Xəbər verdiyimiz kimi, Prezidentin sabiq köməkçisi Əli Həsənov Türkiyənin "Siyami Ersek” ürək-damar xəstəlikləri xəstəxanasında müalicə və müayinə aldığını açıqlayıb. 


Demokrat.az məsələ ilə bağlı informasiya əldə etmək üçün "Siyami Ersek" ürək-damar xəstəlikləri xəstəxanası ilə əlaqə saxlayıb.


Tibb ocağından Demokrat.az-a bildirildi ki, sözügedən xəstəxanada Əli Həsənov adlı şəxs olmayıb. O da deyildi ki, xəstəxanada ciddi rejimdə müalicə alan pasiyentlər qeydiyyata düşür. Lakin Əli Həsənov adında kimsə pasiyent kimi nə xəstəxanaya müraciət edib və nə də həmin xəstəxanada qeydiyyata düşüb.

 

Xatırladaq ki, Ə.Həsənov avqustun sonlarında adıçəkilən xəstəxanada müayinə və müalicə aldığını mətbuata açıqlamışdı. O, Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamana ehtiyac olduğunu bildirmişdi.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top