Özünü körpüdən atmaq istədi — Nazirlik hərəkətə keçdi

HADİSƏ 05 sen 2020, 18:53

Yevlax şəhərində bir nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyib. 


Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub. 


Nazirlikdən bildirilib ki, Aran Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 


Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top