"Şəkillərdə sənə yaxın durmaq üçün yekə-yekə kişilər bir-birlərinin belinə çıxırdılar..."

GÜNDƏM 03 sen 2020, 13:48

“Cəmi bir il bundan qabaq hamı səndən qorxurdu və qorxu hissindən doğan hörmət bəsləyirdi. Həyat yoldaşın Sona xanımı yazıçı hesab edib haqqında məqalələr yazırdılar. Sənlə şəkillərini profillərinə qoyurdular. Bir Əli müəllim deyəndə beşi də ağızlarından tökülürdü. Kollektiv şəkillərdə sənə yaxın durmaq üçün yekə-yekə kişilər bir-birlərinin belinə çıxırdılar. Səni görkəmli dövlət xadimi, filosof adlandırırdılar. Sənlə şəkillərini böyüdüb iş otağının, evlərinin ən hörmətli yerindən asırdılar. Sənlə salam-sağolu olanlar ölkədə at oynadırdı. Biznesin, pulun, can sağlığın, hər şeyin vardı. Amma indi heç nəyin yoxdur”.

 

Demokrat.az xəbər verir ki, bunu yazıçı Kəramət Böyülçöl deyib.

 

“Öləndən sonra heç Allah rəhmət eləsin sözün də olmayacaq. Qəbrini də toz basacaq, heç gəlib baş daşını silən, alaq otlarının qucağına aldığı məzarını təmizləyən də olmayacaq. Heç düşünürsənmi bu dünyada nə qazandın, özünlə nə aparacaqsan? Bu qədər ömür yaşadın, söyüşdən, lənətdən başqa nə qaldı əlində?” – K.Böyükçöl qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top