Sosial

Pandemiya dövründə əcnəbilər Azərbaycanda daha çox pul xərcləyiblər

Pandemiya dövründə əcnəbilər Azərbaycanda daha çox pul xərcləyiblər

Bu ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 23 milyon manat olub.

Demokrat.az xəbər verir ki, ötən ilin iyul ayı ilə müqayisədə xarici vətəndaşların bank kartları vasitəsilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 6 dəfəyə yaxın azalıb. Belə ki, ötən ilin iyul ayında əcnəbilər bank kartları vasitəsi ilə Azərbaycanda 134,6 milyon manat xərcləyiblər.

Qeyd edək ki, bank kartları vasitəsi ilə aparılan əməliyyatların ümumi həcmi azalsa da, adambaşına düşən xərclər kəskin artıb. Ötən ilin iyul ayında Azərbaycana 366,7 min əcnəbi səfər etdiyi halda, bu ilin iyul ayında 28,2 min əcnəbi gəlib. Bu isə o deməkdir ki, ötən ilin iyulunda hər bir əcnəbi bank kartları vasitəsilə orta hesabla 367 manat xərclədiyi halda, bu ilin iyul ayında 815 manat xərcləyiblər.

Bu ilin yanvar-iyul aylarında isə azərbaycana 618,3 min əcnəbi səfər edib və onların bank kartları vasitəsilə xərclədiyi vəsait 302,7 milyon manat olub. Nəticədə 2020-ci ilin ilk 7 ayında hər bir əcnəbi bank kartları vasitəsilə orta hesabla 490 manat xərcləyib.

Ötən ilin yanvar-iyul aylarında isə azərbaycana 1 milyon 777,4 min əcnəbi səfər edib və onların bank kartları vasitəsilə xərclədiyi vəsait 725,4 milyon manat olub. Nəticədə 2019-cu ilin ilk 7 ayında hər bir əcnəbi bank kartları vasitəsilə orta hesabla 408 manat xərcləyib.(yeniavaz.com)

D
demokrat.az