“5-ci kalon” hərəkətə keçdi: Eldar Həsənov Ramiz Mehdiyevi qorumağa çalışır

TƏHLİL 27 avq 2020, 13:20

Son günlər baş verən hadisələr Azərbaycanda “5-ci kalon”un mübarizəni açıq müstəviyə keçirdiyini göstərir. AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin “toy qalmaqalı” bu prosesin başlanğıcı kimi görünə bilər, lakin əsas start nöqtəsi Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfir Eldar Həsənovun həbsidir.


Eldar Həsənovun həbsi özündə çox şeyi gizlədir və yəqin ki, istintaqın detalları haqlı olaraq ictimaiyyətə tam açıqlanmayacaq. Lakin mətbuatda irəli sürülən versiyalar və təsdiqini tapımış bir sıra bəzi məsələləri aydınlaşdırmağa imkan verir.


- Eldar Həsənov Abbas Abbasovla birgə Rusiyada bağlı olduğu dairələrin təxribat planlarında iştirak edirdi.

 

Açıklama yok.


- Avropaya sığınmış “söyüş müxalifəti”nin Azərbaycana qarşı hücumunu maliyyələşdirirdi və bunu da Rusiyada bağlı olduğu dairələrin sifariş ilə etdiyi istisna deyil. Azərbaycana qarşı bütün əxlaq normalarını alt-üst edən kampaniya aparan “söyüş müxalifəti”nin Avropa ölkələrində məskunlaşması istər-istəməz Qərblə münasibətlərimizdə çatlar yaradır.


- Keçmiş səfirin dövlətin milyonlarla vəsaitini mənimsədiyi və bu pulları şəxsi sərvətinin artırılması ilə yanaşı, məhz təxribat planlarına sərf etməsi də məlumdur. Belə demək mümkünsə, Eldar Həsənov Azərbaycan dövlətinin pulu ilə Azərbaycanı “vururmuş”.


- Serbiyanın Ermənistana silah satmasında hansısa formada iştirakçı, yaxud tamaşaçı olub. 


Artıq iki həftədən çoxdur Eldar Həsənov həbs olunub və mediada bu məsələ ilə bağlı kifayət qədər yazılar yayımlandı. Ardınca gündəm Ramiz Mehdiyevin “toy qalmaqalı” və AMEA prezidentinin dövləti təhdid edən açıqlamaları oldu. Bununla Eldar Həsənovun həbsi arasında ilk baxışda əlaqə görünmür. Hərçənd ki, arxa planda kifayət qədər əlaqə tapmaq mümkündür.


İki hadisəni birləşdirən və bir növ faş edən məqam Eldar Həsənovun tərəfdarlarından olan Əlövsət Ağalarovun sosial şəbəkədəki şantaj və təhdid dolu açıqlaması oldu. 

 

Açıklama yok.


Əlövsət Ağalarov Eldar Həsənovu mədh edir, onun dövlətə və prezidentə “sadiqliyi” haqqında az qala poema deyir. Burası o qədər də təəccüblü deyil. Hesab etmək olardı ki, Əlövsət Ağalarov Eldar Həsənovun “süfrəsində yediklərinin” haqqını verir.


Ancaq Əlövsət Ağalarovun məlum açıqlamasında dörd istiqamət diqqət çəkir.


Birincisi, Eldar Həsənova deyilən mədhiyyədir.


İkincisi, adı açıqlanmayan hansısa müxalifət liderinin sevgilisi ilə Monteneqroya gedərkən çəkilən fotosu və Eldar Həsənovun bu fotodan şantaj kimi istifadə etməməsi, yəni onun təbirincə desək, “kişilik” etməsidir.


Üçüncüsü, hər kəsə səbrli olmağı, ictimaiyyətə açıqlanmayan istintaq haqqında “Eldar Həsənovun təmizə çıxdığı” mesajını ötürməsidir.


Dördüncüsü, kimlərəsə “ağıllı olun” mesajını verilməsidir.

 

Açıklama yok.


Bu dörd məqam fonunda Əlövsət Ağalarovun niyə indi danışması xüsusilə maraqlıdır. Misal üçün o yazır ki, “55 illik sadiq dostum Eldar müəllimin, həm də özümün adımdan dilə gətirmək istəyirəm: mətbuatda, sosial şəbəkələrdə bu olaya səbrli və təmkinli yanaşın, artıq-əksik ifadələrə, emosional fikirlərə yol verməyin. Dövlətimizin qanunları çərçivəsində araşdırılan bu anlaşılmazlığı anlayışla qarşılayıb obyektiv və dürüst istintaqın nəticəsini gözləyək”.


Sual yaranır: Eldar Həsənovun 55 illik sadiq dostu niyə onun həbsi zamanı yox, məhz indi, Ramiz Mediyevin dövlətə “savaş açması”ndan sonra dilə gəldi?


Və niyə israrla Eldar Həsənovun Rusiyaya bağlı olmadığını vurğulayır?


Axı istintaq gedir və kimin kim olduğunu istintaqın nəticəsi müəyənləşdirəcək. Bəs, Əlövsət Ağalarovu indi danışdıran kim(lər)dir?


Görünən budur ki, “toy qalmaqalı”ndan sonra Ramiz Mehdiyevin rəhbərliyi altında “5-ci kalon” hərəkətə keçib və bu qrupun əsas üzvlərindən olan Eldar Həsənovun “təmizə çıxması” haqqında mesajlar, eləcə də təhdidlər irəli sürülür. Bu təhdidlər əslində Azərbaycan dövlətinə qarşıdır. 


Ramiz Mehdiyevin məlum təhdidlərindən sonra Əlövsət Ağalarovun da dilə gəlməsi fəaliyyətin mütəşəkkil formada həyata keçirildiyini deməyə əsas verir. Böyük ehtimalla, “5-ci kalon”un digər üzvləri də yaxın dövrdə özlərini ələ verəcəklər....


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top