Hadisə

Samuxda mikroavtobus aşdı — xəsarət alanlar var (FOTOLAR)

Samuxda mikroavtobus aşdı — xəsarət alanlar var (FOTOLAR)

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində 10-a yaxın yaralı xəstəxanaya aparılıb.

Rayonun Füzuli kəndindən qeydə alınan qəzaya səbəb, avtobusun qarşısına qəflətən eşşək arabasının çıxması olub. Avtobus arabaya çırpıldıqdan sonra aşıb.

İlkin məlumata görə, avtobusda olanların hamısı fəhlə olub.

Hadisə yerinş hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Demokrat.az

D
demokrat.az