Bəhram Bağırzadə xəstəxanada yatdığı dönəmdən danışdı: "Rəngli filmlər görürdüm"

ŞOU-BİZNES 14 avq 2020, 23:24

“EKMO aparatına qoşulduğum vaxt heç nə xatırlamırdım, sanki rəngli filmlər görürdüm”.


Demokrat.az xəbər verir ki, bunu “Planet Parni iz Baku” KVN teatrının aktyoru, əməkdar artist Bəhram Bağırzadə deyib.


O, bu gün Tahir İmanovla canlı yayım zamanı xəstəxanada yatdığı dönəmdən danışıb:


“Kimlərsə deyir ki, Bəhram koronavirusu reklam edir, bağda oturub, dincəlir, heç nə olmayıb. Amma inanmayın belə cahillərə. Koronavirus var və çox təhlükəlidir. Kimsə bunu yüngül keçirir, kimsə ağır. Mənim qohumlarımda yüngül forması idi. Nəsildə ən ağır məndə oldu. Xəstəxanaya çatdırılanda özümdə deyildim. Azərbaycanda EKMO aparatına qoşulan ilk insanam.


Komada olduğum müddətdə filmlər görürdüm. Özü də rəngli. Ən pisi ayıldıqdan sonrakı 4-5 gündür. Adam heç nə xatırlamır, nə baş verdiyini, burda niyə olduğunu başa düşmür. Çox qəmgin olursan. İki həftəyədək belə danışa bilmirdim. İndi isə şükür Allaha, danışmağımda da heç bir problem qalmayıb. Dövlət Gömrük Hospitalının mənim üçün əlindən gələni edən bütün tibb işçilərinə təşəkkürümü bildirirəm”. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top