Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirildi — FOTOLAR

SOSİAL 14 avq 2020, 17:23

Abşeron rayonun Xırdalan şəhəri də daxil olmaqla 15 kənd və qəsəbəsində COVİD-19 əleyhinə həyata keçirilən maarifləndirmə tədbirləri bu gün də davam etdirilib. 

 

Demokrat.az xəbər verir ki, könüllülərdən, icra nümayəndələrdən və polis əməkdaşlarından ibarət yaradılan mobil qruplar tərəfindən gündəlik olaraq parklarda, fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx toplaşa biləcəyi ərazilərdə təbliğat işləri həyata keçirilir.

 

Könüllülər Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı sakinlər arasında maarifləndirmə işləri aparıb, sakinlərlə fərdi söhbətlər edərək, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər. Burada məqsəd karantin qaydalarının yumuşaldılmasından sonra bəzi sakinlər arasında yarana biləcək ehtiyatsızlığı aradan qaldırmaq, COVİD-19 virusunun yayılmasının qarşısını almaq istiqamətində təbliğat aparmaqdır.


Bu işlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top