Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiqləndi

SİYASƏT 12 avq 2020, 15:53

Prezident İlham Əliyev "Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.


Demokrat.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:


Müşahidə Şurasının sədri


Azərbaycan Respublikasının Baş Naziri


Müşahidə Şurasının üzvləri


Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri


Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri


Azərbaycan Respublikasının İqtisadiyyat naziri


Azərbaycan Respublikasının Maliyyə naziri.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top