Livandakı partlayışda ölənlərin sayı 50-ni keçdi — İtkilərin sayı durmadan artır

GÜNDƏM 05 avq 2020, 00:12

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində azı 50 nəfər həlak olub, təxminən 2,7 min nəfər isə xəsarət alıb.

 

Trend-in TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Naziri Həməd Həsən deyib.

 

Onun sözlərinə görə, ölənlər arasında azı 7 tibb işçisi var, onlarla tibb işçisi isə xəsarət alıb. Nazir əlavə edib ki, ölənlərin və yaralananların sayı arta bilər.

 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyəti bildirir ki, insanların xilas edilməsində təxminən 75 təcili yardım maşını iştirak edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top