"Mənim böyük nənəm sənin gözlərinə tüpürərdi" — Simonyan Paşinyanı yenə təhqir etdi

DÜNYA 04 avq 2020, 12:43

“Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan baş nazir Nikol Paşinyanın 2005-ci ildə səsləndirdiyi fikirlərə Facebook səhifəsində münasibət bildirib və onu sərt tənqid edib.

 

KONKRET.az   xəbər verir ki, Nikol Paşinyan o vaxt belə yazıb:

 

“Gəlin, əcdadlarımızı tərifləməyi dayandıraq və özümüzə çox praqmatik bir sual verək: bəs bu atalar bizə nəyi vəsiyyət etdilər, özlərindən sonra nəyi geridə qoydular? Heç bir şeyi. Ona görə də “heç bir şeyi” sıfırdan başlamaq məcburiyyətindəsən, çünki atalarımız bizə yalnız soyqırımı, alçalma, xəyanət və əxlaqsızlıq hissələrini qoyub getmişlər, necə deyərlər, bunun aradan qaldırılması çox çətindir.

 

Mən əcdadlarımızı qınayıram, onları lənətləyirəm, çünki onlar bu gün bizim daha ləyaqətlə və daha qürurla yaşamağımız üçün heç nə etməyiblər. Atalarımız heyvanlara instinktiv qayğı göstərsələr də,  öz nəsillərinə qayğı göstərməyiblər. Mən atalarımızı tərifləyənlərin hamısını qınayıram”.

 

Marqarita Simonyanın ona cavabı çox sərt olub:

 

“Soyqırımdan (?) sağ çıxan və məni tərbiyə edən  böyük nənəm, yaxşı ki, bunu görmürsən.

 

Mənim böyük nənəm, sənin böyük bacın gözlərinin qarşısında yeniçərilərə (Osmanlı İmperiyasının hərbi hissələri içərisində 1362-ci ildə I Muradın yaratdığı Yeniçəri ordusu) sağ ələ keçməmək üçün özünü batırıb. Bilmirsən ki, Ermənistanı idarə edən bir adam (Paşinyanı nəzərdə tutur) səni “soyqırımda və əxlaqsızlıqda” günahlandırır.

 

İndi başa düşürəm ki, mənim bu postum Ermənistanda niyə bu qədər səs-küy salıb. Mən, həqiqətən, böyük erməni tarixinə nifrət edən, əcdadları lənətləyən və soyqırımı (?) qurbanlarının xatirəsinə hörmət etməyən şəxsin hakimiyyətinə sevinən publikanın bir hissəsi deyiləm.

 

Rüsvayçı və manqurt. Mənim böyük nənəm sənin gözlərinə tüpürərdi”.

 

Haşiyə: Simonyanın təhqirdolu bu statusi istər Rusiya, istərsə də erməni mediasında birinci yazısında olduğu kimi böyük rezonans doğurub. Hətta, “infoteka24.ru” saytı “Marqarita Simonyan artıq başını itirib” adlı yazı dərc edib və idda edir ki, Paşinyanın o ifadələri 2005-ci ildə deyil, 2018-ci ildə “Ermənistanın səsi” müxalif qəzetində (linki qoymağımıza baxmayaraq hazırda bu saytın girişinə qadağa qoyulub) “Erməni tarixi ilə indi nə edək?” başlığı ilə dərc edilib. Ancaq “BBC News” nəşrinin jurnalisti Qriqor Atanesyan Tvitter-də bu yazının Paşinyan tərəfindən deyil, 2011-ci ildə Ermənistan parlamentinin deputatı Arman Babacanyan tərəfindən yazıldığını bildirir: “Bu məqalə 2018-ci ildə yalandan Nikol Paşinyanın adına yazılıb”. Yazının erməni dilində orijinalı 2011-ci il aprel ayının 29-da 1in.am saytında yerləşdirilib.

 

Belə baxanda Azərbaycan ictimaiyyəti üçün bunun hansı “…yan” tərəfindən yazıldığının elə böyük əhəmiyyəti yoxdur. Əhəmiyyəti olan budur ki, yalançı erməni soyqırımına görə babalarına nifrət edən şəxs Ermənistan parlamentinin deputatı olub və bizim “Baba” sözünü özünə soyadı götürüb. Eyni sözləri Paşinyana da aid etmək olar. Azərbaycanın qədim yaşayış məskəni olan Karvansarayda (Qazaxdan 30 kilometr aralıda, indiki İcevanda) dünyaya gələn bir körpənin ulu babası Paşanın nəslindən olduğu iddiaları ortaya çıxır. Hər iki şəxsin də (Babacanyan, Paşinyan) türklərə ehtiram və hörmətinin bu xəttdən gəldiyini təxmin etmək olar.

 

Keçək, yazıda Simonyanın böyük nənəsinin guya gözləri qarşısında “baş verən” “erməni soyqırımına”. O soyqırımın da yalançı olması artıq çoxdan sübuta yetirilib. Baxmayaraq ki, erməni lobbisinin gücü ilə bir çox ölkələrin patlamentləri bunu Türkiyə hakimiyyətinə təsir etmək üçün kağız üzərində qəbul ediblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi “o kağız toplusunun” heç bir hüquqi dəyəri yoxdur: “Biz arxivimizi açırıq, qoy onlar da açsınlar, o vaxt bütün dünya bunun doğrudan da yalançı olduğunu sübut edər. Ermənilər bu həqiqəti bildiklərindən arxivlərini açmırlar”.

 

Yəqin Paşinyan (ya da Babacanyan, fərq etməz) bu informasiyaları bildiyindən yalançı soyqırıma görə babalarına lənət yağdırıb. Simonyanın böyük nənəsinin əqrabası isə Anadoluda Osmanlı ordusuna qarşı vuruşduğundan cəhənnəmə vasil olub. Azərbaycan prezidenti İlham Əliyevin (ölkə başçısı bu ifadəni Qarabağda döyüşən erməni hərbçiləri üçün deyib) dediyi kimi onların orda nə işləri olub ki, qətlə yetiriliblər…

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top