Bakıda bir nəfər eyvana çıxaraq intihar etmək istəyib

HADİSƏ 02 avq 2020, 22:13

Nəsimi rayonunda 1 nəfər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.


Demokrat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki,  "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top