Braziliyanın birinci xanımı koronavirusa yoluxdu

DÜNYA 31 iyl 2020, 09:51

Braziliya prezidenti Jair Bolsonarunun xanımı Mişel Bolsonaru koronavirusa yoluxub.


"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.


"Mişel Bolsonaru cümə axşamı - 30 iyulda koronavirus analizi verdi, hansının ki, nəticəsi müsbət oldu", - xəbərdə deyilir.


Onun vəziyyəti normal qiymətləndirilir. Qeyd edilir ki, Braziliyanın birinci xanımı sanitar tələblərə riayət edəcək.


"Birinci xanım Prezident Administrasiyasının tibb personalının müşahidəsi altında olacaq", - mətbuat xidməti qeyd edib.


Qeyd edək ki, bir müddət əvvəl Braziliya Prezidenti özü də koronavirusa yoluxub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top